Mbappe qərarını verib: PSJ-də qalacaq?
![]()
Fransalı hücumçu Kilian Mbappe yeni mövsümdə PSJ-də qalacaq.
Rubrika.Az bildirir ki, bu barədə jurnalist Daniel Riolo məlumat yayıb.
O bildirib ki, 24 yaşlı hücumçu mövcud müqaviləni uzatmaq istəmir. Lakin forvard növbəti mövsümdə də PSJ-də qalmaq niyyətindədir. Klub futbolçunu ehtiyat oyunçular skamyasına salsa belə, PSJ-dən ayrılmayacaq.
Xatırladaq ki, Mbappenin Paris təmsilçisi ilə sözləşməsi 2024-cü ilin yayına qədərdir. Klub nümayəndələri oyunçuya ya müqaviləni uzatmalı, ya da komandanı tərk etməli olduğunu bildiriblər. Mbappe qərarını iyulun 31-nə qədər verməlidir.
Mbappe 2024-cü ilin yayında azad agent kimi “Real Madrid”ə keçmək istəyir.
Rubrika.Az
Facebook-da paylaş















