Pentaqon ABŞ-ın hərbi-sənaye kompleksindən narazıdır...
![]()
Müharibə ABŞ hərbi-sənaye kompleksinin lazımi səviyyədə fəaliyyət göstərə bilmədiyini ortaya qoyub...
ABŞ müdafiə nazirinin köməkçisi: “Vaşinqton ABŞ-ın hərbi sənaye kompleksinin maliyyələşdirilməsinin nəticəsini dəyərləndirməlidir”.
Rubrika.az xəbər verir ki, bu fikri ABŞ-ın müdafiə nazirinin strategiya, planlaşdırma və imkanlar üzrə köməkçisi Mara Karlin bildirib.
Onun sözlərinə görə, ABŞ hərbi-sənaye kompleksinin fəaliyyəti bir neçə ildir ki, tənqid olunur və bu barədə 2018-ci ildə Milli Müdafiə Strategiyasını hazırlayan komissiya məlumat verib.
Karlin xatırladıb ki, federal büdcədən ABŞ-ın hərbi-sənaye kompleksinə külli miqdarda vəsait daxil olub.
“İndi də Vaşinqton bu cür maliyyələşdirmənin nəticələrini dəyərləndirməli və onun təsirinin nə olduğunu başa düşməlidir”, deyə nazir köməkçisi əlavə edib.
Karlin həmçinin ABŞ-ın AUKUS alyansı çərçivəsində Böyük Britaniya və Avstraliya ilə qarşılıqlı fəaliyyətinin gedişatını şərh edərək, Avstraliya tərəfdən Amerika hərbi-sənaye kompleksinə son dərəcə əhəmiyyətli investisiyalar vəd etdiyini qryd edib. Söhbət sualtı qayıqlar istehsal edən ABŞ sənaye bazasına qoyulan investisiyadan gedir.
Rubrika.az
Facebook-da paylaş










