“Qərb Ukraynaya F-16-ların tədarükü ilə bağlı qərarı yaxın vaxtda qəbul edəcək“ - Prezident Ofisi
![]()
“Qərb Ukraynaya F-16 qırıcılarının tədarükü ilə bağlı qərarı yaxın vaxtda qəbul edəcək”.
Bunu Ukrayna Prezident ofisi rəhbərinin müavini İqor Jovkva UNIAN-a müsahibəsində deyib.
Rəsmi Kiyevin bu məsələdə təkid etdiyini bildirən Prezident ofisinin təmsilçisi Ukraynanın F-16-ların tədarükünə mütləq nail olacağını vurğulayıb.
İ.Jovkva qırıcılardan istifadə etmək üçün ukraynalı pilotların tezliklə təlim-məşqlərə başlayacağını söyləyib.
O, ölkə prezidentinin qələbə üçün hər şeyi edəcəyini bildirib.
RUBRİKA.AZ
Facebook-da paylaş












