VAR OL TƏBİB... - TİBBİ SIĞORTA SİSTEMİ ÖLKƏ SƏHİYYƏSİNDƏ YENİ ERANIN BAŞLANĞICIDIR

Sirr deyil ki, zamanında səhiyyə sistemi ölkəmizdə korrupsiya və rüşvətin at oynatdığı əsas sahələrdən idi. Burada pulsuz nəyəsə nail olmaq, hansısa iş görmək qeyri-mümkün hesab olunurdu. Hansısa həkim yerdəyişməsinin, işə qəbulun pulsuz olduğunu kimə desəydin adama gülərdilər. Pulsuz baş həkim təyinatını söyləyən şəxsi isə yaxşı halda dəli adlandırardılar. Acı da olsa reallıq belə idi.
TƏBİB fəaliyyətə başlayandan sonra ilk öncə həkim nüfuzunun bərpasına nail oldu, cəmiyyətdə səhiyyəyə inam formalaşdı. İctimai rəydə çoxdan korrupsiya çirkabına bulaşmış səhiyyə sistemində şəffaflıq təmin edildi. Bir neçə cümlədə ifadə olunan bu fikirlər əslində səhiyyə sistemində inqilabdır. TƏBİB bunu qısa müddətdə Qoy xeyirlə şərin mübarizəsi getsin, gec-tez bu qarşıdurmada vicdan qalib gələcək - Hippokrat andı...
TƏBİB -44
Azərbaycan bu gün bütün sahələrdə düşməndən üstün olmasını sübut etdi. Hərbi üstünlüyümüz ordumuzun qazandığı qələbələrin təsdiqidir. Düşmənin qoyub qaçdığı mövqelərdə onların nə qədər acınacaqlı bir vəziyyətdə olduğu üzə çıxdı. Erməni əsgəri it günündə yaşayırmış,elə ona görə də it kimi qaçdı.
Cəbhədə döyüşən əsgərlərimizə göstərilən tibbi xidmət ən yüksək səviyyədə təmin olundu. TƏBİB-in professionallığı, əməkdaşlarının vətənpərvərliyi göz qabağında idi. Yorulmadan, gecə-gündüz demədən qəhrəman əsgərlərimizə tibbi yardım göstərildi, yaralılara lazımi diqqət yetirildi. Yəqin ki, xəstəxanada yaralı əsgərin özünün xəbəri olmadan ad gününün keçirilməsi barədə videoçarxı xatırlayırsınız. Bu Azərbaycan həkiminin öz əsgərinə göstərdiyi diqqətin nümayişi idi.
Müharibənin ilk günlərindən TƏBİB əməkdaşları ön xəttdə əsgərlərimizlə çiyin-çiyinə oldu. Vəzifə borcunu yerinə yetirərkən şəhid olan həkimlərimiz də oldu, Azərbaycan əsgəri əmin idi ki, onun sağlamlığı etibarlı əllərdədir. TƏBİB döyüş bölgəsində yerləşən tibbi müəssisələri bütün zəruri vasitələrlə təmin etdi. Heç bir dərman qıtlığı olmadı. Cəbhəyanı bölgələrdə yerləşən tibb ocaqları müharibə qanunları əsasında fəaliyyət göstərilir. Həkimlərimiz ən qaynar nöqtələrdə əsgərlərimizə zəruri tibbi yardımı göstərirdilər.
Bir daha sübut olundu ki, biz müharibəyə və qələbəyə tam hazır idik.
TƏBİB-in bu çətin günlərdə göstərdiyi əzmkarlıq əsgərlərimizə xüsusi ruh verdi. Tezliklə bütün Qarabağda ən müasir tibb ocaqlarının açılacağına inanırıq. Və nəhayyət, çox şükür ki, yaralı Qarabağın öz TƏBİB-inə qovuşduqu günü gördük.
Möcüzə: qapı-qapı pul paylamaq yoxdur...
Bəli, biz söhbətimizə ordan başlayırıq ki, vaxtilə azərbaycanlılara pulsuz tibbi xidmət, bir qəpik ödəmədən müayinə desəydin, adama sözün əsl mənasında gülərdilər. Çünki xəstəxanaların qapılarında növbəyə duran, gözətçidən tutmuş tibb bacısına və həkimlərə pul paylaya-paylaya gedən vətəndaşların heç ağlına da gəlməzdi ki, nə vaxtsa onlar icbari tibbi sığortanın imkanlarından yararlana, özlərini Avropa ölkələrində olduğu kimi hiss edə, ödənişsiz müayinə oluna bilərlər. Hamıya "hörmət" prinsipinə vərdiş eləmiş pasiyentlər həm də buna inanmır, şübhə ilə yanaşırdılar. Ancaq nə baş verdi? Məhz inqilab baş verdi - Azərbaycan səhiyyəsində tibbi bir inqilab oldu. Belə ki, TƏBİB-in yaranması və icbari tibbi sığortanın tətbiqi kimlərinsə çirkin arzularını ürəyində qoydu, kimlərinsə çirkaba bulaşan planlarını alt-üst eləmiş oldu, amma xalqın öz səhiyyəsinə, həkiminə, xəstəxanalarına inamını da inanılmaz dərəcədə bərpa etdi.
İnsanovlar, Şirəliyevlər dövrü getdi...
Necə ki, MTN bandası ifşa edildikdən sonra təhlükəsizlik sisteminin imicinə böyük zərbə dəymişdi, eynilə insanovlar, şirəliyevlər zamanı da oxşarı idi. Lakin qısa zamanda Dövlət Təhlükəsizlik Xidməti, onun rəhbərliyinin peşəkar fəaliyyəti cəmiyyətdə bu struktura olan etibarı, güvəni özünə qaytardı. Eləcə də TƏBİB, onun icraçı direktoru Vüqar Qurbanovun fəaliyyəti böyük ölçüdə müsbət dəyişikliklərə səbəb oldu. İndi Vüqar Qurbanov fəxrlə və başıuca şəkildə deyə bilər ki, biz bunu bacardıq!
Həqiqətən də tibbi sığorta işləyir, artıq ağxalatlıların cibinə “5”-dən, “10”-dan salmaq yoxdur, tibb işçisinin nüfuzu, hörməti qayıdıb. Və bütün bunlar TƏBİB və onun icraçı direktoru Vüqar Qurbanovun sistemli işinin nəticəsidir. Elə bu yaxınlarda jurnalist həmkarımız, 44 günlük mühribə qəhramanı Həsənağa Raufoğlu ilə rastlaşdıq. Hal-əhval tutduq. Həmkarımın söylədikləri bir nümunə idi - ,,anamı Mirqasımov adına RKX da endekrinoloqa aparıb və bir qəpik ödəmədən analizlərdən, müayinələrdən, həkim yoxlanışından keçirdim və çox da razı qaldım''. O danışırdı ki, “gözlərimə inana bilmirəm, mən Avropada, yoxsa Bakıda dövlət xəstəxanasına getmişəm?”
Əslində, bunun üçün çox sadə prosedur var - ərazi üzrə poliklinika göndəriş verir və xəstəxana da həmin arayışa istinad edib icbari tibbi sığorta imkanlarından istifadə etmək olur. Üstəlik, həkimlər də bu sistemdən razıdırlar. Ona görə ki, onların nüfuzuna xələl gətirən neqativ hallar tam aradan qalxıb. Artıq Azərbaycan səhiyyəsi kimi problemli sahə indi haqqında xoş sözlər deyiləcək bir ünvana çevrilib - məhz aparılan düzgün işlərin, qurulan şəffaf mühitin və peşəkarlığın sayəsində...
Bu gün hər bir xəstə xəstəxanalara müraciət etməkdən çəkinmir, qorxmur. Hər hansı bir cərrahi əməliyyatlara böyük «xərc» ödəmək məcburiyyətində qalmır. Bunu hər kəs Mehriban xanım Əliyevanın səhiyyə sisteminə verdiyi dəstək kimi qəbul etməlidir. Budur, Azərbaycan səhiyyəsində TƏBİB REALLIĞI
Vüqar Qurbanov qara piara və şərə qarşı...
Gəlin açıq etiraf edək ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovla İcbari Tibbi Sığorta Dövlət Agentliyinin sədri Zaur Əliyev onlara bəslənən ümidləri məhz real işlərlə doğrultdular. Bu, elə də asan deyil: bir yanda xəbis adamlar, bir tərəfdə gözü götürməyən qüvvələr, başqa yandan kampaniyaçılar, şüarçılar, habelə fürsətcillər və böhtan xarakterli qruplar, şəbəkələr... Onlarla döyüşmək sadə iş deyil, əllərində istər media resursları, istər müxtəlif sosial platformalar, istərsə ayrı-ayrı çirkin kampaniya qurmaqda mahir olan dəstələr mövcuddur. Məni narahat edən başqa bir səbəb də var. Bu gün TƏBİB-ə o qədər hücumlar olunur ki, adam məəttəl qalır. Bəs sən nə istəyirsən? Bir zamanlar xəyal etdiklərin qısa zaman kəsimində reallaşıbsa nədən narazısan? Axı tənqid də edəndə gərək vicdanla edəsən. TƏBİB-in Azərbaycan səhiyyəsində atdığı inqilabi addımlara dəstək olmaq əvəzinə böhtan atmaq, yalançı canfəşanlıq nəyə və kimə gərəkdir? Lakin bu tandem, özəlliklə TƏBİB rəhbərliyinin dürüst fəaliyyəti bütün eybəcərliklər üzərində qələbəyə nail oldu. Yəni Vüqar Qurbanov başda olmaqla komandası köhnəliyin eybəcərlikləri ilə qarşıdurmadan qalib ayrıldılar. Bu qələbə isə xalqla TƏBİB və həkimlər birliyinin nəticəsi idi. Bu gün Azərbaycan səhiyyəsində yeni səhifə açan icbari tibbi sığortanın tətbiqinə, qazanılan uğurlara çoxları yerli-yersiz öz adını əlavə etmək istəyir. Amma ədalət prizmasından baxsaq, Vüqar Qurbanov bu çətin yola çıxaraq bütün müqavimətlərə, əngəllərə baxmayaraq şanlı səhifəyə öz imzasını atdı.
TƏBİB xalqın və Prezidentin etimadını qazana bildimi?
Ümumiyyətlə, TƏBİB-in fəaliyyəti səhiyyə tariximizdə yeni bir səhifənin başlanğıcını qoydu. İlk addımları qlobal pandemiya dövrünə təsadüf edən TƏBİB bu günə kimi üzərinə düşən məsuliyyətli vəzifəni uğurla yerinə yetirməyi bacarır. Bu, uzun illər səhiyyə sistemində kök salmış bir çox stereotipləri darmadağın etməklə müşayiət olunur. Əlbəttə, bir sıra ciddi narahatlıqlar da var idi. Misal üçün sual edilirdi ki, TƏBİB özünü təsdiqləyə biləcəkmi? Hətta bəzi qara qüvvələr ənənəvi idarəçiliyi saxlamağa çalışırdı. Eyni zamanda, suallar meydana çıxırdı ki, tibbi sığortaya inamı yaratmaq mümkün olacaqmı? Lakin Vüqar Qurbanov bu işin öhdəsindən məharətlə gəldi, həm xalqın, həm Prezident İlham Əliyevin yanında etimad qazandı. Çünki bu gün TƏBİB əhalinin sağlamlığının qorunması sahəsində əhali üçün əlverişli şərtlər yaradır, tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdırır. Tibb müəssisələrində tibbi xidmətlərin keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılmasına nəzarət edir. Ümumiyyətlə, icbari tibbi sığorta sisteminin tətbiqi səhiyyə xidmətlərini müasir tələblərə uyğunlaşdırmaqda və sahəni maliyyələşdirmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirməkdə, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəltməkdə xüsusi əhəmiyyət kəsb etdiyindən, səhiyyə müəssisələrinin TƏBİB-in tabeliyinə keçirilməsi zəruri xarakter daşıyır.
TƏBİB-dən şəhid ailələri və qazilərə xüsusi diqqət
Cəmiyyətin müxtəlif təbəqələrinin rəyləri də bu məsələdə yekdil görünməkdədir; istər millət vəkilləri, istər tanınmış ziyalılar, ən əsası şəhid ailələri və qazilərimiz TƏBİB-dən böyük ölçüdə razıdırlar. Onlar təsdiqləyirlər ki, bəli, V.Qurbanovun rəhbərliyi dövründə icbari tibbi sığortanın xidmətlərindən, imkanlarından istifadə etmək kifayət qədər əlverişli olub. İndi adda-budda şəxs gileylənə bilər ki, hansısa səhiyyə müəssisəsindən müəyyən narazılığı var. Lakin bu da boş buraxılmır. Həmin vətəndaşın müraciəti dərhal, operativ surətdə araşdırılaraq həllini tapır. Eyni zamanda, başımızın tacı olan şəhid ailələrinə, qazilərə TƏBİB xüsusi diqqət, qayğı göstərir, onlara həssaslıqla yanaşır. Ümumiyyətlə icbari tibbi sığorta sistemində daha bir üstün cəhət də odur ki, az və çox əmək haqqı almasından, işləyib-işləməməsindən asılı olmayaraq, tibbi sığorta xərclərinin hamı üçün eyni olmasıdır. Uşaqlar, qocalar, qaçqın və məcburi köçkün ailələri, əlillər və sosial cəhətdən müdafiəyə ehtiyacı olan əhali qrupları, ailə başçısının itirən ailələr, tələbələr üçün icbari tibbi sığorta xərcləri bütövlükdə dövlət tərəfindən qarşılanır. İşləyən insanlar üçün isə əmək haqqının cüzi bir faizi məbləğində çıxılmaqla icbari tibbi sığortadan istifadə mümkünləşir.
Millət vəkilləri TƏBİB-in millətə xidmətindən danışır
Bu mövzuda danışan Milli Məclisin deputatı Kəmaləddin Qafarov demişdi ki, bu gün ölkədə icbari tibbi sığorta tətbiq olunduğundan heç reseptə də ehtiyac qalmır. Onun sözlərinə görə, insanlar sığorta çərçivəsində xəstəxanada müalicə alırlar, orada da hansı dərman vasitəsinin istifadəsi bilinir. Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Kamilə Əliyeva da o fikirdədir ki, icbari tibbi sığorta Azərbaycanda fəaliyyətə başlayandan bəri çox insan bu xidmətdən bəhrələnib: “Çox da məmnundurlar. İcbari tibbi sığorta günbəgün, ilbəil təkmilləşdirilir. Bu gün bu istiqamətdə işlər davam etdirilir. Əvvəllər heç bir tibbi sığorta vasitəsilə həyata keçirilməyən ən ağır, bahalı əməliyyatlar artıq icbari tibbi sığorta paketinə daxil edilib. Paketə daxil olan xəstəliklərin, əməliyyatların sayı getdikcə genişlənir, siyahı böyüyür. Hər dəfə Milli Məclisin Səhiyyə komitəsində bir sıra əlavə xidmətlərin icbari tibbi sığortaya daxil edilməsi istiqamətində müzakirələr aparılır. Bu istiqamətdə təkliflər verilir”.
Həmçinin, bir müddət əvvəl Milli Məclisin deputatlarından Azay Quliyev, Rəşad Mahmudov, Soltan Məmmədov, Məlahət İbrahimqızı, İlham Məmmədov, Kəmaləddin Qafarov, Müşfiq Məmmədli, Sədaqət Vəliyeva, Ülvi Quliyev çıxış edərək icbari tibbi sığortanın tətbiqinin əhəmiyyəti, TƏBİB-in yüksək xidmətləri barədə söhbət açmışdılar. Bundan başqa, ölkənin ziyalıları, aydınları, fikir və elm adamları tibbi sığortanın imkanlarından yararlandığı üçün məmnundurlar. Təbii ki, şəhid ailələrinə və qazilərə göstərilən münasibət xüsusi qeyd olunmalıdır. Elə şəhid ailələrinin, qazilərin çıxışlarında da bunu vurğulamasından görmək olar ki, xeyli dərəcədə razıdırlar.
Sorğunun nəticələri - əhali TƏBİB-dən razıdırmı?
Yeri gəlmişkən, bu ilin iyununda açıqlanan rəsmi məlumata görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlər barədə əhalinin məmnunluq səviyyəsinin öyrənilməsi məqsədilə sorğu keçirilib. Sorğu Agentliyin sosial media hesabı üzərindən bir ay ərzində aparılıb. Onlayn sorğuda ümumilikdə 304 nəfər iştirak edib. Onlardan 53 %-ni kişi, 47 %-ni isə qadınlar təşkil edib. Onların 49 %-i 25-34 yaş aralığındadır. Respondentlərdən icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edib-etməmələri barədə sual soruşulub. 72 % sorğu iştirakçısı icbari tibbi sığortadan yararlandığını bildirib. Həmin şəxslərin 56 %-i Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin tabeliyindəki elmi-tədqiqat institutlarında xidmət aldığını bildirib. Sözügedən tibb müəssisələri ilə yanaşı, Agentliklə müqaviləsi olan özəl tibb müəssisələrində tibbi xidmət alan respondentlər isə 44 % təşkil edib. İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən istifadə edənlərin məmnunluq səviyyəsi 70% təşkil edib. Onlayn sorğu zamanı əhalinin icbari tibbi sığortadan məmnunluğu ilə yanaşı, məlumatlılıq səviyyəsi də öyrənilib. Əhalinin icbari tibbi sığorta ilə bağlı məlumatlılıq səviyyəsini artırmaq məqsədilə Agentlik tərəfindən aparılan genişmiqyaslı maarifləndirmə kampaniyası vətəndaşların məlumatlılıq səviyyəsinin qalxmasına gətirib çıxarıb. 96 % respondent icbari tibbi sığorta haqqında məlumatlı olduğunu bildirib. Beləliklə, bütövlükdə, Azərbaycanda vətəndaşların keyfiyyətli tibbi xidmətlə təmin olunması Prezident İlham Əliyevin uzaqgörənliklə yürütdüyü sosial siyasətin əsas istiqamətlərindən biridir. Bu sahədə mühüm addımlardan biri olan icbari tibbi sığortanın tətbiq olunması isə özünü uğurla doğrultmaqdadır. Bu sistem tədricən daha da təkmilləşəcək və nəticədə həm əhalinin daha çox tibbi xidmətlərə əlçatanlığı artacaq, həm də tibb müəssisələrinin infrastrukturu yaxşılaşacaq. Onu da xüsusi demək lazımdır ki, bu sahədə daha böyük yenilik gəlir. Belə ki, heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər 2024-cü il yanvarın 1-dək icbari tibbi sığorta haqqı ödəməkdən azaddır. Onlar icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan təxminən 3000-ə yaxın sayda tibbi xidmətdən dövlət büdcəsinin vəsaiti hesabına istifadə edə bilərlər. Beləliklə, biz Vüqar Qurbanovun rəhbərliyi altında bizə təbib olan bir TƏBİB görməkdəyik...
Bütün dünya çətin bir dönəmdən keçir. Qarşıda isə bizi hələ hansı çətinliklərin gözlədiyini proqnozlaşdırmaq mümkün deyil. Amma bir fakt ortadadır ki, Azərbaycan prezidenti İlham Əliyev başda olmaqla, bütünlüklə Azərbaycan dövləti hər vasitə ilə xalqının yanındadır, onun sağlamlığının keşiyindədir. Tarix boyu təbiblər həmişə insanlığın keşiyində durublar, onu min-bir bəladan, xəstəlikdən qoruyublar. Bu gün də xalqımızı görünməz düşməndən, amansız virusdan qoruyan TƏBİB-miz var. İnanırıq ki, onlar yazdıqları uğur səlnaməsini davam etdirəcəklər və xalqımız öz ağxalatlı xilaskarları ilə bir daha qürur duyacaq!
Nicat Mahmudov
Facebook-da paylaş









