Britaniya nüvə yanacağı almaq üçün Ukraynaya 245 milyon dollar ayıracaq...
![]()
Böyük Britaniya Ukraynaya Atom Elektrik Stansiyaları üçün nüvə yanacağı alınması üçün 192 milyon funt-sterlinq (245 milyon dollar) verəcək...
Rubrika.Az xəbər verir ki, bu barədə Reuters Agentliyinə Kiyevə səfəri zamanı Böyük Britaniyanın Energetika Nazirliyinin rəhbəri Qrant Şapps məlumat verib.
Nüvə yanacağı Britaniya şirkətlərindən alınacaq: “Bizim təmin edəcəyimiz bu zəmanət Ukraynaya gələcəkdə nüvə yanacağının Rusiyadan keçməməsinə kömək etməlidir. Bu pul yanacağın daha etibarlı mənbələrdən gələcəyinə zəmanət verəcək”, deyə nazir qeyd edib.
Nazir əlavə edib ki, tədarükçülərdən biri mənzil-qərargahı Londonda yerləşən “Urenco Avropa” konsorsiumu olacaq.
İyun ayında “Forbes” Ukraynanın ölkəni “Avropanın enerji mərkəzinə” çevirmək üçün hazırladığı plan haqqında məlumat vermişdi. Bu plan, xüsusilə, Ukraynanın kiçik modul reaktorların istehsalının 90%-ni lokallaşdıracağını və müstəqil şəkildə nüvə yanacağını istehsal edəcəyini nəzərdə tutur.
Rubrika.Az
Facebook-da paylaş












