ABŞ Finlandiyada hərbi baza quracaq
![]()
Birləşmiş Ştatlar Müdafiə Əməkdaşlıq Sazişi (DCA) çərçivəsində Finlandiyada öz hərbçilərini yerləşdirəcək.
Rubrika.Az xəbər verir ki, bunu ölkə prezidenti Sauli Niistö deyib.
"DCA sazişi, Finlandiyada müəyyən qədər ABŞ hərbi mövcudluğunun olacağı anlamına gəlir", deyə Finlandiya prezidenti bildirib.
ABŞ qoşunlarının yerləşdirilməsi üçün də yer ayrılacaq.
ABŞ Finlandiya, İsveç və Danimarka ilə də oxşar sazişlər hazırlayır. Artıq Norveçlə müqavilə imzalanıb. Finlandiya hökumət mənbələri bildirirlər ki, ölkə artıq Finlandiya silahlı qüvvələrini Norfolkdakı Strateji Birgə Qüvvələr Komandanlığı altında NATO-nun yeni komandanlıq strukturuna daxil etmək üçün diplomatik səylər göstərir.
İlkin mərhələdə Finlandiya NATO-nun Brüsseldəki komandanlığına aid olacaq, lakin Finlandiya administrasiyası bu vəziyyəti dəyişməyə çalışır. Helsinki bütün Baltikyanı ölkələrin Norfolkun əmri altına keçməsini istəyir.
İkitərəfli hərbi razılaşmalar nəticəsində Skandinaviyada ABŞ hərbi bazaları yaradılacaq. "İlta-Sanomat”ın məlumatına görə, ABŞ Hərbi Hava Qüvvələri Lappi əyalətindəki aviabazanın infrastrukturundan istifadə etməyə başlayacaq. Orada Finlandiya Hərbi Hava Qüvvələrinin ilk F-35 qırıcılarının da yerləşdirilməsi planlaşdırılır.
Finlandiya və ABŞ rəsmiləri may ayından bəri ikitərəfli hərbi əməkdaşlıq sazişi üzrə danışıqlar aparır. Eyni zamanda, Finlandiya alyansa qoşulmaq üçün müraciət edib və 2023-cü il aprelin 4-də üzv olub. Bundan sonra Rusiya ilə NATO arasında quru sərhədi təxminən 2,6 min kilometrə qədər artıb.
Rubrika.Az
Facebook-da paylaş













