“Optimal Elektronika“ ticarət qaydalarını pozub - Vergi borcu da var
![]()
"Optimal Elektronika" MMC-yə ticarət qaydaları əleyhinə olan (Malların saxlanılması və ya satışı zamanı mal qonşuluğunun, temperatur rejiminin, yaxud satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması) inzibati xəta protokolu tərtib olunub.
Rubrika.Az-in qaynarinfo-ya istinadla məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsinə əsasən, satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə 600 manatdan 900 manatadək məbləğdə cərimə edilir.
İşə sentyabrın 21-də Sabunçu Rayon Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, qanuni təmsilçisi Əhəd Əsgərov Tofiq oğlu olan olan "Optimal Elektronika" MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 11457.08 manat vergi borcu var.
Rubrika.Az
Facebook-da paylaş















