Hökumətin iqtisadi komandası islahatları sürətləndirir: Elnur Əliyev faktları açıqladı...
![]()
Rubrika.Az bildirir ki, artıq islahatçı komanda, xarici təhsilli kadrlar ölkə iqtisadiyyatına yeni baxış gətirməkdədir. Bu da özünü statistikada, rəqəmlərdə göstərməkdədir.
Şübhəsiz ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov olmaqla onun peşəkar, müasir biliklərə malik heyəti iqtisadiyyatın canlanmasında önəmli rol oynamaqdadır.
Belə ki, iqtisadi komandanın aparıcı kadrlarından biri olan iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə Bakıda keçirilən "Gömrük-Biznes Forumu 2023"də çıxışı zamanı bildirib ki, bu il Azərbaycanda yerli istehsalda istifadə olunan 300-ə yaxın aralıq mal idxal gömrük rüsumlarından azad edilib.
Onun sözlərinə görə, bu addım yerli istehsalın maya dəyərinin azalmasında, ixracın və yerli malların xarici bazarlarda rəqabət qabiliyyətinin artmasında mühüm rol oynayıb. E. Əliyev qeyd edib ki, hazırda bu proses davam etməkdədir və hökumət tərəfindən bir sıra yeni addımların atılması nəzərdə tutulur.
Nazir müavini diqqətə çatdırıb ki, iqtisadiyyatımız qarşısında duran əsas məqsədlərdən biri Azərbaycanın ixrac potensialının artırılmasıdır: “2023-cü ilin 9 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə çox - 500 mln. dollardan çox məhsul daxildə emal gömrük proseduru altında yerləşdirilib. Beləliklə, bu göstərici sözügedən mexanizmin emal və xidmət sektorunun inkişafı, xüsusilə də ixrac fəaliyyətinin genişləndirilməsi üçün mühüm əhəmiyyətə malik olduğunu bir daha təsdiqləyir.
Elnur Əliyev bildirib ki, neft və qazın dünya bazar qiymətlərinin azalmasına baxmayaraq, xarici ticarət balansında böyük həcmli profisit müşahidə olunmaqdadır: “Bu ilin 10 ayında Azərbaycanın ixracı 29 milyard ABŞ dollarını ötüb, ticarət balansının profisiti 15 milyard ABŞ dollarından çox olub. Qeyri-neft-qaz sektorunun ixracı isə 11 faizdən çox artaraq 2,7 milyard ABŞ dollarını ötüb. Emal olunmuş kənd təsərrüfatı məhsulları çıxılmaqla qeyri-neft sənaye məhsullarının qeyri-neft-qaz ixracında payı 68 faizə çatıb. Cari ilin 9 ayında sənaye zonalarının qeyri-neft-qaz ixracında payı 23 faiz təşkil edib"
Nicat Mahmudov
Rubrika.az
Facebook-da paylaş













