Kliçkodan ŞOK ETİRAF
![]()
Kliçkonun sözlərinə görə, Ukraynanın Qərb tərəfdaşlarından sursat tədarükü vədlərdən xeyli geri qalır.
O bildirib ki, xüsusilə uzaq mənzilli raketlərdə ciddi çatışmazlıq var.
“Tərəfdaslarımız həddən artıq “ehtiyatlı” mövqe sərgiləyirlər”, - deyə Kliçko NATO ölkələrini bu sözlərlə tənqid edib.
Kiyev meri Zelenskinin reytinqinin aşağı düşməsindən təəccüblənmədiyini də bildirib. Kliçko hesab edir ki, prezidentin əsas səhvi onun müharibəyə hazır olmaması və rus qoşunlarının Ukrayna paytaxtına bu qədər tez yaxınlaşmasına imkan verilməsi olub. Bununla belə, keçmiş dünya çempionu prezidentin mühüm funksiya daşıdığını və onu müharibənin sonuna qədər dəstəkləməli olduqlarını bildirib.
“Amma müharibənin sonunda hər bir siyasətçi uğur və uğursuzluqlarına görə cavab verəcək”, - deyə Kliçko qeyd edib.
Rubrika.Az
Facebook-da paylaş











