Ceyhun Bayramovla Hakan Fidan arasında geniştərkibli görüş keçirildi - YENİLƏNİB
![]()
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında geniş tərkibdə görüş keçirilib.
Bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.
Bildirilib ki, Azərbaycan-Türkiyə arasında qardaşlıq, dostluq və həmrəyliyə əsaslanan ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivləri müzakirə olunub.
***
13:34
Xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan türkiyəli həmkarı Hakan Fidan arasında görüş keçirilir.
Bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.
C. Bayramov Xarici İşlər Nazirliyində H. Fidanı qarşılayıb.
***
Tərəflər arasında təkbətək görüş başlayıb.
Rubrika.Az
Facebook-da paylaş

















