İran HƏRƏKƏTƏ KEÇİR - Qisas andı içdilər: "Cavab güclü olacaq"
![]()
İran İnqilab Keşikçiləri Ordusu (SEPAH) çərşənbə günü Kirman şəhərində keçmiş Qüds Qüvvələrinin komandiri Qasim Süleymaninin ildönümündə törədilən və 100-dən çox insanın ölümünə səbəb olan iki partlayışdan sonra qisas alacağını vəd edib.
Rubrika.Az musavat.com-a istinadla xəbər verir ki, İran prezidentinin köməkçisi Məhəmməd Moxber yaralıların xəstəxanada müalicə olunduğu deyib.
O bildirib ki, SEPAH hadisənin qisasını alacaq:
"Hücum edənlər Süleymaninin əsgərləri tərəfindən çox güclü cavab tədbiri ilə üzləşəcəklər".
Rubrika.Az
Facebook-da paylaş











