Səudiyyə Ərəbistanında ilk spirtli içki mağazası açıldı (ŞƏRTLƏR)
![]()
Səudiyyə Ərəbistanının ilk içki mağazası Ər-Riyadın diplomatik məhəlləsində açılıb.
Rubrika.Az xəbər verir ki, bu barədə müəssisəyə baş çəkən bir neçə hadisə şahidinə istinadən CNBC telekanalı məlumat yayıb.
Mağazadan yalnız qeyri-müsəlman ölkələrindən olan xarici diplomatlar və səfirlik əməkdaşları spirtli içki ala bilərlər. Əvvəllər onların da belə imkanı yox idi, çünki 1952-ci ildə ölkədə spirtli içkilərə qadağa qoyulub.
Mağazanın qaydalarına görə diplomatlar yalnız xüsusi "Diplo" proqramı vasitəsilə daxil olmaqla spirtli içki ala biləcəklər. Digər məhdudiyyətlər tətbiq olunur: xarici müştərilər qonaqlar və ya 21 yaşdan kiçik hər kəsin müşayiəti ilə mağazaya daxil ola bilməz, mağazada foto və mobil telefonlara icazə verilmir.
Bundan əlavə, alış-verişə aylıq limit qoyulacaq - bu, səfirliyin bəzi əməkdaşlarının qara bazarda spirtli içki satması ilə bağlıdır.
Rubrika.Az
Facebook-da paylaş






