Dəhşətli epidemiya -19 nəfər öldü
Nigeriyanın şimal-şərqindəki Adamava əyalətində qızılca epidemiyası qeydə alınıb.
RUBRIKA.AZ bildirir ki, Adamava əyalətinin səhiyyə komissarı Feliks Tanqvami bu barədə açıqlamasında bildirib. Mubi bölgəsində 200-dən çox uşaqda qızılca aşkarlandığını, 19 uşağın isə epidemiyadan öldüyünü deyib:
“Bölgəyə tibb personalı və dərmanlar göndərilir. Ağır infeksiyaları olan uşaqlar xəstəxanalara yerləşdirilir.”\Yenisabah.az
RUBRIKA.AZ
Facebook-da paylaş












