Türkiyə lideri: Şimali Kiprin TDT-yə tamhüquqlu üzvlüyünü Azərbaycan da dəstəkləyir
![]()
Şimali Kipr, demək olar, Türk Dövlətləri Təşkilatının (TDT) tamhüquqlu üzvüdür.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-yə yola düşməzdən əvvəl Esenboğa hava limanında keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycan da bunu dəstəkləyir: “Şimali Kipr TDT-nin Şuşada keçirilən iclasında təmsil olundu. İndi biz çalışırıq ki, tamhüquqlu üzvü rəsmiləşdirək”.
Qeyd edək ki, R.T.Ərdoğan NATO ölkələrinin dövlət və hökumət başçılarının sammitində iştirak etmək məqsədilə ABŞ-a gedir. Onun həmkarları ilə görüşü gözlənilir.
Rubrika.az
Facebook-da paylaş





