Akademik Cəmil Əliyev dünyaya bir daha səs saldı: Tibb eliminə yeni töhvə...
![]()
Amma bu dəyəri vermək də bizə düşür. Yuxarıda qeyd etdiyimiz kimi, biz hər dəfə dünyaşöhrətli alim yetişdirə bilmirik. O baxımdan bu gün akademik Cəmil Əliyev kimi şəxsiyyətlərimizlə fəxr etmək lazımdır.
Rubrika.Az bildirir ki,
dünyaşöhrətli Azərbaycan alimi, Milli Onkologiya Mərkəzinin baş direktoru, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Əməkdar elm xadimi Cəmil Əliyev daha bir yüksək səviyyəli işi ilə fərqlənib. Artıq Rusiya telekanallarında Cəmil müəllimin uğuru haqda danışmağa başlayıblar. Belə ki, akademik oynaq və bel ağrılarına qarşı effektiv vasitə təklif edib. Bu da Rusiya mediasının diqqətini cəlb edib. Təbii ki, dünyada və Azərbaycanda oynaq, bel ağrılarından şikayətlənən çoxdur. Akademik isə təkcə onkoloji sahədə deyil, həm də bu problemlə bağlı öz metodunu, ixtirasını təqdim edib. Şübhəsiz ki, akademik Cəmil Əliyevin ölkəmizin tibb elminə hər bir dövrdə töhfə verməsi sevindiricidir. Çünki biz hər dəfə Cəmil Əliyev kimi dünyaşöhrətli alimlər yetişdirə bilməyəcəyik. Odur ki, Tanrının bir lütfü olan alimimizdən onun hər yaşında faydalanmalıyıq. Bu gün akademik Cəmil Əliyevin təcrübəsi, dünyagörüşü, tibb elmində bir möhür vurması, yeni-yeni nailiyyətləri göstərir ki, onun biliklərindən daha geniş olanda istifadə edilməlidir.
Yeri gəlmişkən, 7 oktyabrda Rusiya Səhiyyə Nazirliyinin baş onkoloqu, Rusiya Elmlər Akademiyasının akademiki Andrey Kaprin Milli Onkologiya Mərkəzinin baş direktoru akademik Cəmil Əliyevlə görüşüb. Görüş çərçivəsində Milli Onkologiya Mərkəzi və Rusiya Federasiyası Səhiyyə Nazirliyi "Radiologiya Milli Tibbi Tədqiqat Mərkəzi" Federal Dövlət Büdcə Müəssisəsi arasında elmi-tədqiqat sahəsində əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumun məqsədi hər iki Mərkəz arasında elmi-tədqiqat proqramlarının və elmi işlərin aparılması, təcrübə mübadiləsi, birgə elmi layihələrin işlənib hazırlanmasıdır.
Bu faktın və imzalanan memorandumun özü də təsdiq edir ki, akademik bütün istiqamətlər üzrə Azərbaycan səhiyyəsinin, tibb elminin inkişafı üçün böyük potensialı ilə fəaliyyətdədir.
Bundan əvvəl - sentyabrın 2-də isə ABŞ-ın Çikaqo İllinoys Universitet Xəstəxanasının Plastik rekonstruktiv və estetik cərrahiyyə şöbəsinin rəhbəri, Xəstəxananın Kraniofasial Mərkəzinin direktoru professor Mimis Koen Milli Onkologiya Mərkəzinin Baş direktoru akademik Cəmil Əliyevlə görüşüb.
Göründüyü kimi, dünyanın iki böyük tibb mərkəzi sayılan Rusiya və Amerikadan mühüm şəxslər Bakıya gələrək akademik Cəmil Əliyevlə görüşürlər. Təbii ki, bu da onun dünyaşöhrətli, adlı-sanlı bir alim olmasından irəli gəlir. Bütün dünya onu tanıyır və amerikalı, rusiyalı alimlər onunla görüşmək üçün ölkəmizə təşrif buyururlar.
Onu da deyək ki, Onkologiya Mərkəzi akademikin rəhbərliyi altında təkcə Azərbaycanda deyil, Cənubi Qafqazdü bədxassəli şişlərin etiopatogenezi, diaqnostikası, müalicəsi və profilaktikası problemlərini tədqiq edən, 1500 çarpayılıq klinik bazaya malik ixtisaslaşmış elmi-tədqiqat müəssisədir. Mərkəzdə xəstələrə göstərilən tibbi xidmətin keyfiyyətini yüksəltmək məqsədilə müalicələr bir məkanda aparılır. Yəni Mərkəzə müraciət edən xəstələr burada kimya və şüa terapiya müalicələri ala, eyni zamanda, cərrahi əməliyyat oluna bilərlər. Məlumdur ki, bədxassəli xəstəliklərin uğurlu müalicəsinin əsasını erkən diaqnostika təşkil edir, xəstəlik tez aşkarlandığı halda daha effektiv nəticə əldə etmək mümkün olur. Bu məqsədlə iki Səyyar Diaqnostika Kompleksi təşkil etmişik. Kompleksin tərkibində 1 mammoqraf, 1 rentgen, 1 ultrasəs aparatı var. Bütün bu yaradılan şərait əlbəttə ki, Azərbaycan dövlətinin başçısı İlham Əliyevin diqqəti, qayğısı, akademik Cəmil Əliyevin isə yüksək səviyyədə həyata keçirdiyi fəaliyyətin nəticəsidir...
https://www.facebook.com/100008168896063/posts/3922356841379907/?mibextid=rS40aB7S9Ucbxw6v
Rubrika. Az
Nicat Mahmudov
Facebook-da paylaş












