Ya saxta olmayan ədalətli AHİK, ya da təyinatlı sistemə keçid - Rubrika.Az-dan orijinal, inqilabi yeniliklər, təkliflər ZƏRFİ...(MÜRACİƏT)

Lakin başqa yandan, AHİK-də aparılması zəruri olan əsas dəyişiklik çağırışı idarəetmə mexanizmi ilə bağlıdır. Məlumdur ki, AHİK seçkili strukturdur. Bura qədər müəssisələrdə həmkarlar təşkilatlarının sədrləri seçilirlər. Əfsular olsun ki, indiyə qədər tapşırığ , göstəriş və marağlarla idarə olunan bu seçkili sistemin səmərə vermədiyi göz qabağındadır. İndiyə qədər həmkarlar təşkilatlarının rəhbərlərinin fəaliyyətinin nədən ibarət olduğu bəlli deyil. O da bilinmir ki, onların səlahiyyətləri hansılardır, ümumiyyətlə, həmkarlar ittifaqlarının sədrləri qarşısında nə kimi tələblər qoymaq mümkündür.
O baxımdan Rubrika.Az bu məsələləri araşdıraraq təklif edir ki, əgər Sahib Məmmədov da köhnə ənənəni davam etdirəcəksə AHİK seçkili sistemdən imtina edərək təyinatlı orqana çevrilsin. Yəni həmkarlar təşkilatlarının sədrləri təyin olunsunlar, onlar AHİK rəhbərinin qarşıya qoyduğu tapşırıqları icra etsinlər. Zatən onsuz da əks təqdirdə müəssisə rəhbərləri həmkarlar ittifaqlarının sədrlərinə təsir edirlər, nəticədə idarə rəisinin sözü keçərli olur, həmkarlar təşkilatının sədrinə də diqtə edə bilir. Ona görə də bu prosesin qarşısını almaq üçün AHİK-də seçkili sistemdən təyinatlı sistemə keçidə ehtiyac var. Bu zaman maliyyələşmə, maliyyəyə nəzarətdə də ciddi nəticələr əldə etmək mümkündür. Gün kimi görsənir ki hazırkı mexanizm özünü doğrultmur və getdikcə çürük bir idarəetmə formasına çevrilməkdədir.
Əsas təkliflərimizdən biri də həmkarlar təşkilatlarına təyinatlarda ixtisaslı kadrlardan istifadə olunmasıdır. Hazırda seçkili yolla bu sahəyə aid olmayanlar da təşkilat sədrləri seçdirilir. Hətta bir çox hallarda onlar idarə və müəsissələrin rəhbərlərinin adamları olur. Həmin dövlət strukturlarında rəhbər şəxslər özlərinə yaxın adamları müxtəlif yollarla həmkarlar təşkilatlarına sədr seçdirirlər. Bu zaman onların işbirliyi yaranır, vəsaitlərin xərclənməsindən tutmuş “putyovka”ların verilməsinə qədər qərarlarda neqativ hallar qeydə alınır, nəticə etibarı ilə bu sektor bir çirkaba, bataqlığa çevrilir.
Baxın görək təyinatlı olarsa nə ola bilər? -o zaman AHİK sədri idarə və müəssisələrdə fəaliyyəti şəffaf olan, ən əsası hesabatlı olan şəxsləri təyin edəcək. O halda həmkarlar ittifaqı sədri bir məsuliyyət və hesabatlılıq hiss edəcək ki, görülən işlər barəsində AHİK qarşısında məruzə edəcək. İndi belə olmadığına görə idarə rəisləri ilə əlbir olaraq ən müxtəlif özbaşınalıqlara yol verə bilirlər. Bu mənada ya bu hərci mərciliyə son qoylmasına , ya da məcburiyyətdən irəli sürdüyümüz təklifləri ,çağırışları yeni rəhbərliyin dəyərləndirməsi yerinə düşərdi.Ya da məşhur filimdə deyildiyi kimi ...
Zarafat- zarafat bu AHİK-in də fəaliyyətində olduqca ciddi və inqilabi dəyişiklik olar, bu sahədə yeni bir eranın başlanmasına gətirib çıxarardı.
Ən nəhayət, Rubrika.Az-ın təkliflər paketində yer alan mühüm məsələ ixtisaslı kadrlardan istifadə edilməsidir. Bu məsələyə yuxarıda qısa və ötəri şəkildə toxunsaq da, daha dolğun əsaslandırmaya zərurət olduğunu düşünürük. Belə ki, təkliflər zərfində ən vacib və diqqət edilməli məqam ixtisaslı kadrları axtarmaq, müəyyənləşdirmək və təyin etməkdir. Xüsusən də bu gün Azərbaycanda bu sahə üzrə ixtisaslaşmış təhsil müəssisələri var. Misal üçün Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının yetişdirdiyi kadrlardan yararlanmaq olar. Əvvəla, gənc və enerjilidirlər, ikincisi, həvəslidirlər, onlara göstəriləcək etimadı doğrultmağa çalışacaqlar və köhnələr kimi qeyri-qanuni işlərə girməyəcəklər....İkincisi, ixtisaslı kadrların təyinatı ilə bu sahənin inkişafı sürətlənəcək, daha peşəkar iş mexanizmi qurulacaq, həmkarlar təşkilatının idarə olunması, müəssisə rəhbərləri qarşısında əmək hüquqları ilə bağlı tələblər sərt şəkildə qoyulacaq, sırf işinin professionalları irəli çəkiləcəklər. Rus demişkən ,k state" Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasından şikayyətimiz olmasa da burda da ciddi kadr islahatlarına ehtiyac var. İlk öncə Kobud , pedoqogikadan xəbəri olmayan , köhnə metodlarla dərs tədris edənlər akademiyadan tamamilə kənarlaşdırılmalıdır. ( bu barədə çox hörmətli Araz müıllimin diqqıtinə ərz edək ki ətraflı yazacağıq) "
Yuxarlda qeyd etdiyimiz kimi mexanizmin tətbiqi nəticəsində vətəndaşların maariflənməsi, öz sosial hüquqlarını bilməsi və müdafiə etməsi prosesi də sürətlənəcək, vətəndaşlar işlədikləri yerlərdə öz haqlarının qorunması üçün daha ürəkli olacaqlar. Bundan başqa, üzvlük haqlarının yığılması, “putyovka”ların ədalətli və şəffaf verilməsi ciddi nəzarət mexanizmi ilə təmin olunacaq. Azərbaycanın digər ali təhsil ocaqlarında da əmək münasibətləri və sosiologiya fakültələri var. Yəni AHİK bu kadr banklarından da istifadə edə bilər. Həmçinin, bu işdə medianın və sahə üzrə QHT-lərin imkanlarını dəyərləndirmək mümkündür. İnsan hüquqları, sosial haqlar sahəsində fəaliyyət göstərən QHT-lər AHİK-ə dəstək verə bilərlər. Ancaq bunun üçün ilk növbədə yuxarıda sadalanan təkliflər nəzərə alınmalı və ən azından dövlət səviyyəsində dəyişikliyə gedilməlidir. Yəni ya saxta olmayan ədalətli AHİK , ya da təyinatlı sistemə keçid, ardınca ixtisaslı kadrlardan istifadə və kompleks tədbirlərin görülməsi...
PS. Əməkdaşımız qəbul şöbəsi ilə əlaqə saxlamağa çalışsa da cəhdimiz alınmadı. AHİK-dən bildirildi ki, hal-hazırda təmir işləri getdiyinə görə suallarınızı cavablandıra bilməyəcəyik. Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Nicat Mahmudov
Rubrika.Az
Facebook-da paylaş











