İlham Əliyevə başsağlığı məktubları gəlməkdə davam edir - SİYAHI

Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzasında həlak olan vətəndaşlarımıza görə Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubları gəlməkdə davam edir.
Slovakiya Prezidenti Peter Pelleqrini:
“Cənab Prezident.
“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insanın faciəli ölümü və yaralanması ilə bağlı xəbəri dərin kədər hissi ilə qarşıladım.
Slovakiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə, Azərbaycan vətəndaşlarına, eləcə də həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə sağalmalarını arzulayıram”.
***
Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov:
“Hörmətli İlham Heydər oğlu.
Dekabrın 25-də “Azərbaycan Hava Yollarına” məxsus sərnişin təyyarəsinin qəzaya uğraması xəbəri Tatarıstan Respublikasında dərin kədər hissi ilə qarşılanıb.
Yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmalarını diləyirəm.
Biz bu itkilərin acısını ürəkdən bölüşür və qardaş Azərbaycan xalqı ilə birlikdə kədərlənirik”.
***
Çin Sədri Si Cinpin:
“Hörmətli cənab Prezident.
Azərbaycana məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində insanların faciəli surətdə həlak olmaları xəbərindən sarsıldım.
Çin Hökuməti və xalqı adından həlak olanlara görə kədərimi ifadə edir, onların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmalarını arzulayıram”.
***
Polşa Prezidenti Andjey Duda:
“Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycana məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması, çoxlu sayda insanın həlak olması və yaralanması barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.
Bu fəlakət zamanı həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirəm. Ölkəmizin bütün vətəndaşları Azərbaycan xalqının hüzn və kədərinə şərikdirlər.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
RUBRİKA.AZ
Facebook-da paylaş














