Beyləqanda qanunsuz tikinti - İcazəni icra başçısı verib
![]()
2 min kvadrat metrlik obyektin tikintisi üçün heç bir hüquqi sənəd və icazə yoxdur ![]()
Beyləqan-Daşburun avtomobil yolunun kənarında, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz obyekt inşa edilir. Rubrika.az daxil olan məlumata görə inşa edilən 2 min kvadrat metrlik qanunsuz obyektin tikintisi üçün Dövlət Şəhərsalma və Arxektura Komitəsinin və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının icazəsi alınmayıb.![]()
Bildirək ki, tikinti işlərinin aparılması prosedurları və qaydaları, tikinti normativləri Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir. Ancaq Beyləqan-Daşburun avtomobil yolunun kənarında, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edilən obyektdə tikinti normalarına və qaydalarına ümumiyyətlə riayət olunmur. ![]()
Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında Beyləqan-Daşburun avtomobil yolunun kənar hissəsində aparılan tikinti barədə heç bir məlumatlara rast gəlinmir.![]()
Rubrika.az saytına daxil olan məlumatda bildirilir ki, qanunsuz tikintinin icazəni Beyləqan rayon icra başçısı Əziz Əzizov verib. Verilən məlumattda boldirilir ki ,qanunsuz tikintiyə icazə üçün icra başçısı ilə xüsusi ' marağlar"çərçivəsində razılaşırılıb.
Məsələ ilə bağlı araşdırmamız davam edir.![]()
![]()
![]()
![]()
![]()
![]()
Nicat Mahmudov
Facebook-da paylaş








