İlon Mask Ceyms Vens barədə: "Gələcək prezidentimiz"
![]()
ABŞ-nin Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin rəhbəri (DOGE) İlon Mask vitse-prezident Ceyms Devid Vensin gələcəkdə dövlət başçısı olacağını deyib.
Rubrika.Az xəbər verir ki, bu barədə Mask "X" hesabında Vens haqqında paylaşımı şərh edərkən bildirib.
"Ən yaxşı vitse-prezident və gələcək prezidentimiz", - deyə o yazıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın bir neçə tərəfdarı onun daha bir müddətə seçilə bilməsi üçün konstitusiyaya dəyişiklik edilməsi imkanlarını öyrənir.
Rubrika.Az
Facebook-da paylaş













