Nazir Vilayət Eyvazov Kürdəmirdə vətəndaş qəbulu keçirəcək
![]()
Daxili işlər nazirinin vətəndaş qəbulu olacaq.
Rubrika.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat verib.
Qeyd edilir ki, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov 2025-ci il noyabrın 1-də Kürdəmir Rayon Polis Şöbəsinin inzibati binasında Kürdəmir, Ucar, Hacıqabul, Göyçay, Ağdaş, Ağsu rayonlarının və Şirvan şəhərinin sakinlərini qəbul edəcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar 31 oktyabr 2025-ci il tarixinədək:
• yaşadıqları ərazinin polis orqanına,
• DİN-in mia.gov.az internet saytına,
• eləcə də DİN-in rəsmi sosial şəbəkə səhifələrinə müraciət edə bilərlər.
Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.![]()
Rubrika.Az
Facebook-da paylaş












