Bakıda dənizdə 5 gün əvvəl intihar edən qadının meyiti tapılıb

Bakıda dənizdə 5 gün əvvəl intihar edən qadının meyiti tapılıb.
Rubrika.az-ın "Report"a istinadən xəbərinə görə, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb.
Belə ki, dənizdən təxminən 40 yaşında olan qadın meyiti aşkarlanıb. Meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Suraxanı rayon şöbəsinə təhvil verilib. Dənizdə meyiti tapılan qadının Hövsan qəsəbəsi, Əhlimanov küçəsi ev 10 B mənzil 37 ünvanında yaşayan Leyla İsmayılova olduğu məlum olub.
L.İsmayılova intihar etmək məqsədilə dekabrın 30-da özünü dənizə atıb.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci ( Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
rubrika.az
Facebook-da paylaş













