Sabirabad sakini qaynının qulağını dişi ilə qoparıb

Sabirabad sakini qaynının qulağını dişləyib.
Rubrika.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Sabirabad rayonunun Moranlı kəndində qeydə alınıb.
Həmin kəndin sakini, 1986-cı il təvəllüdlü Mirzəyev Camal Mirzağa oğlu qaynı - 1987-ci il təvəllüdlü Mirəliyev Xəqani Ağadadaş oğlunun qulağını dişi ilə qoparıb. Münaqişəyə səbəb Xəqani Mirəliyevin kürəkəninin qardaşı, 1989-cı il təvəllüdlü Mirzəyev Cavad Mirzağa oğlunu döyməsi olub. Küt alətlə başından ağır xəsarət alan Cavad Mirzəyev Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
X.Mirəliyev qulaq seyvanının tam travmatik amputasiyası diaqnozu ilə Şirvan şəhər xəstəxanasında əməliyyat olunub.
Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.
Rubrika.az
Facebook-da paylaş














