Mikayıl Cabbarovun görməzlikdən gəldiyi bu təhsil ocağı direktor üçün sanki avtobusdu, hara istəyir ora da sürür

KİV-nin birinə maraqlı məlumat daxil olub. Belə ki, Kəlbəcərli direktorun məktəbi elə bil avtobusdu. Hara istəyir orada sürür.
Əldə etdiyimiz məlumata əsasən Kəlbəcər rayonunun Mingəçevir şəhəri ərazisində yerləşən 113 saylı tam orta məktəbi son illər yerdəyişmə qanunu ilə məşğuldu. Əvvəllər Ağdaş rayonu ərazisində fəliyyət göstərən bu məktəb sonradan yeriyib Mingəçevir şəhərinə getdi. Əslində bu məktəbdə nələrin baş verdiyini Elmira xanım hamıdan yaxşı bilir. Rayon təhsil şöbəsinində xəbəri olan bu məktəbdə davamiyyət yoxdur, uşaq tapmaq müşkül məsələyə çevrilib.
Sərdar Həsənovun arvadı Cəmilə Həsənova necə müəllim olması isə hələdə maraqlıdır. Qaynı İlqar bəy isə məktəbdən təqaüd alır desək daha yerinə düşərdi.
Əldə etdiyimiz məlumata əsasən Cəmilə "müəllimə" dövlət tərəfindən keçrilən test imtahanlarında iştirak etmədən məhşur Ramiz Məmmədovun Müəllimlər İnstitununa daxil olub, orada "təshil" alıb və indidə müəllimə işləyir. Bəs görəsən bunu necə müəllimə ediblər?(xalqxeber.az)Araşdırmalarımızdan məlum olur ki, "müəllimə" guya xarici ölkədə instituta daxil olub və sonradan müəllimlər institutuna köçrülüb. Həmin müddətdə Cəmilə Həsənova zamanlar dövlətin ərazisindən çıxmadan xaricdə necə instituta daxil olub? Media olaraq bunaları tam araşdıracağıq.
Digər bir məsələni qeyd edim ki, guya Sərdar Həsənov öz şəxsi vəsaiti hesabına məktəb tikdirib. Lap Həci Zeynəlabdın Tağıyev kimi. Gülməli məsələ orasındadır ki, cənab Həsənovun marağı nə idi ki, küllü miqdarda pul xərcləyib məktəb tikdirirdi?
Bu və digər məsələlər haqqında daha dəqiq məlumat verəcəyik.
Bizdən oxuyub biləcəksiniz ki, Cəmilə Həsənova necə müəllim oldu, İlqar adlı şəxsinin Gəncə-Mingəçevir sərgüzəştləri, Ağdaşda olub Mingəçevirə işə gəlməyən işçilər kimlərdi və ən başlıcası Elmira xanım bu məktəbin qanunsuzluqlarına nədən göz yumur.
Bizi işləyin, mövzuya yenidən qayıdacağıq.
Rubrika.az
Facebook-da paylaş














