Erməni hərbçi qar uçqunu altında qalıb, öldü

Ermənistan ordusunun hərbçisi ölüb. Müqavilə ilə xidmət edən hərbi qulluqçu Qeqarkunski vilayətinin Kaxakh kəndi yaxınlığında qar uçqununun altında qalıb.
Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan bu barədə 29 noyabrda keçirdiyi görüşdə şəxsən məlumat verib.
Paşinyan deyib ki, hərbi qulluqçunun meyiti üç gündən sonra aşkarlanıb. Seçki təbliğatı ilə bağlı görüş keçirən N.Paşinyanın təklifi ilə ölən hərbçi sükutla yad edilib.
Rubrika.Az
Facebook-da paylaş












