Qadınları Türkiyədə satan şəxs Gəncədə tutuldu
![]()
Gəncədə qadın alveri ilə məşğul olan şəxs saxlanılıb.
Rubrika.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini Aygün Xankişiyevanın 2016-cı ilin fevral-aprel ayları ərzində qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyması müəyyən edilib və həyata keçirilmiş tədbirlərlə tutulub.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Rubrika.az
Facebook-da paylaş












