3 yaşlı körpə yatdığı beşikdə yandı
![]()
Ağstafada 3 yaşlı körpə yanıq xəsarətləri alıb.
Rubrika.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 10-da saat 12 radələrində Ağstafa rayonunun Aşağı Göyçəli kəndində yaşayan İsa Ələkbərovun evində pərdənin qaz sobasının üstünə düşməsi nəticəsində yanğın baş verib.
Nəticədə pərdə və İ.Ələkbərovun 3 yaşlı nəvəsi Səidin yatdığı beşik yanıb. Xəsarət alan uşaq xəstəxanaya yerləşdirilib.
rubrika.az
Facebook-da paylaş















