FIDE prezidenti: İki bakılının rəhbər vəzifəyə təyinatı təsadüfi deyil
![]()
Uzun illər Azərbaycanın “SOCAR Azerbaijan” klubunun idmançısı olan, eyni zamanda, digər komandamız “Odlar Yurdu”nun kapitanı, israilli qrosmeyster Emil Sutovski bir müddət əvvəl FIDE-nin (Beynəlxalq Şahmat Federasiyası) baş direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, “SOCAR-Georgia”nın rəhbəri Mahir Məmmədov FIDE-nin vitse-prezidenti təyin edilmişdi.
Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, Emil Sutovski Media.Az-a verdiyi ilk müsahibəsində bildirib ki, iki bakılının FIDE-də rəhbər vəzifələrə təyinatı təsadüfi deyil.
“Bakı şahmat məktəbi öz dövründə dünyaya görkəmli şahmatçılar yetişdirib, son onillikdə isə Azərbaycan dünya səviyyəsində bir sıra yarışlar keçirib”, - o deyib.
Onun sözlərinə görə, bu gün azərbaycanlı şahmatçılar ən qabaqcıl mövqelərdə yerləşirlər.
Sutovski əlavə edib ki, FIDE-nin fəaliyyəti çərçivəsində Azərbaycanla sıx əməkdaşlıq planlaşdırılır.
Rubrika.Az
Facebook-da paylaş















