Mirşahinin adı 115 minlik qalmaqalda
![]()
Müğənni Samir Piriyev şoumen Kamran Həsənliylə bağlı daxili işlər naziri Ramil Usubova müraciət edib. Hüquqşünas Ruslan Əhmədoğlunun göndərdiyi həmin müraciəti təqdim edirik:
"Cənab Nazir, çox hörmətli Ramil müəllim! Şoumen Kamran Həsənli və bacısı Gülər Həsənli etibarımdan sui istifadə edərək 115 min ABŞ dollarımı Turkiyədə iş qurmaq adıyla məndən Bakı şəhərində alıb və ölkədən bir manat vəsait çıxartmayıblar. Buna görə də mənə illərdir heç bir hesab nömrəsi və ya səhmlər təqdim edə bilmirlər. Bununla yanaşı, hətta özünün belə səhmlərini təsdiq edən heç bir sənəd təqdim olunmur. Mənim şikayətimdən sonra Nərimanov Rayon Prokurorluğunda dələduzluq maddəsi ilə cinayət işi başlanılıb. İş Nərimanov Rayon Polis İdarəsinin (RPİ) istintaq şöbəsində olanda istintaqa çoxsaylı təzyiqlərdən sonra Sizə müraciət etdim və müdaxilə edilərək iş Nərimanov rayon RPİ İstintaqından alınıb, Bakı Şəhər Baş Polis İdarəsinin İstintaqına verildi. Bu gün də istintaqa çox böyük təsir var. Mən buna heç inanmaq istəmirəm. Lakin hansı məclisə qonaq dəvət edilirəmsə, orada mənə deyirlər ki, sən Kamran Həsənliyə heçnə edə bilməzsən. Çünki Kamranın ən yaxın dostu, fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev ilk gündən Bakı Şəhər prokurorlugunda Kamranı Həsənlini tapşırıb. Kamranın havadarları ordan bu işi nəzarətdə saxlayıblar. Mən inanmıram Mirşahin belə bir addım atıb, dələduzu müdafiə edər və onu ittiham etmirəm! Lakin bir nüansı nəzərinizə çatdırmaq istəyirəm. Kamran Həsənli yenidən ANS-də işə qayıdana qədər məndən aldığı pulu hissə-hissə qaytarırdı. 15 min dollarını pul şəklində, 20 min dolların əvəzinə isə avtomobilini mənə vermişdi. ANS-ə işə düzələndən sonra bildirdi ki, get, nə bilirsən elə, əlin kimə çatır şikayət et. Kamran Həsənlinin iki səs yazısını protokol qaydasında istintaqa təqdim eləmişəm və sözü gedən yazılarda o, borclu olduğunu etiraf edir və yalvararaq bildirir ki, evini satıb, pulumu qaytaracaq.(A24.Az)Mənim Vəkilim Ceyhun Yusifova daxil olan məlumatlarda isə, Bakı Şəhər Prokurorluğunda DİN-ə Nəzarət İdarəsinin rəisi Mircavan müəllim Kamranın həmyerlisi və yaxın dostu kimi istintaqın gedişatına mane olur! İşi aparan müstəntiq Türkiyəyə mövcüd olmayan səmhlərnən bağlı sorğu göndərib və cavabını gözləyir! Cənab nazir! Təsəvvür edin ki, müstəntiq ortada bu qədər fakt və sübut ola-ola mövcud olmayan səhmlərlə bağlı sorğunu gözləyir və işin icraatını dayandırır! Cənab Nazir, xahiş edirəm məni qəbul edəsiniz və bu dələduzluq işinin ört basdır olunmasının qarşısını alasınız!”
rubrika.az
Facebook-da paylaş













