Türkiyə Qafqaz Universitetinin diplomarını tanımayacaq - QƏRAR

Türkiyə Qafqaz Universiteti tələbələrinin diplomarını tanımayacaq.
Rubrika.az APA TV-yə istinadən bildirir ki, “Yeni Şəfəq” qəzetinin bununla bağlı yazdığı xəbəri Türkiyə Ali Təhsil Şurası təsdiqləyib.
Azərbaycanın Türkiyədəki səfirliyinin Təhsil Müşavirliyi bu xəbərlə bağlı Ali Təhsil Şurası ilə əlaqə saxlayıb. Şuradan müşavirliyə bildiriblər ki, 2016-2017-ci tədris ilində Qafqaz Universitetinə qəbul olunan tələbələr məzun olduqdan sonra, yəni 4 il sonra onların diplomları normal qaydada tanınacaq. 2016-cı ilə qədər məzun olan və təhsilləri davam edən tələbələrin diplomları isə tanınmayacaqdır.
rubrika.az
Facebook-da paylaş














