Masallıda dəhşətli qəza: 15 yaşlı sərnişin öldü

Masallı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Rubrika.az APA-ya istinadən məlumatına görə, hadisə Ərkivan qəsəbəsində, “Ərkivan dairəsi” deyilən ərazidə qeydə alınıb.
Sürücüsünün kimliyi məlum olmayan 44 BD 497 dövlət nömrə nişanlı, “VAZ-21011” markalı avtomobil idarəetməni itirməsi səbəbindən yolun kənarındakı maneəyə çırpılıb. Avtomobildə olan sərnişin, sürücünün qohumu olduğu bildirilən 15 yaşlı Elşad Elşən oğlu Gözəlov ağır xəsarətlərlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. İlkin ehtimallara görə, sürücü maşını yüksək sürətlə idarə edirmiş.
Faktla bağlı Masallı rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
rubrika.az
Facebook-da paylaş











