Dollar satışı limitsiz oldu - Şad xəbər
![]()
Bu gündən başlayaraq, dollar və avronun satışı bütün bank və bank filiallarında bərpa edilib.
Bununla bağlı banklar artıq daimi müştərilərinin telefonlarına mesajlar göndəriblər. Mesajda dollar və avro valyutalarının mübadiləsinin istənilən filialda limitsiz olaraq həyata keçirilməsinə başlanıldığı barədə xəbər verilir.
Qeyd edək ki, ötən gün Mərkəzi Bankın qərarı ilə 4 faizlik marja aradan qaldırılıb. Mütəxəsislər bunun qara bazarı sıradan çıxaracağını bildiriblər və manatın liberallaşmasına doğru növbəti addım olduğunu açıqlayıblar.
Rubrika.az
Facebook-da paylaş












