Daşkəsəndə yük maşını aşıb, sürücü xəsarət alıb
thumb]http://fraksiya.az/uploads/posts/2017-12/1514055401_qeza1.jpg[/thumb]
Rubrika.az Ölkə.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Çovdar kəndində baş verib.
Ağır tonnajlı yük avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində sürücü, Qaradağ rayon sakini, 1960-cı il təvəllüdlü Xələfov Xəlifalı Şahlar oğlu müxtəlif bədən xəsarətləri alıb. Ona tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir. Avtomobildə olan sərnişin isə xəsarətsiz ötüşüb.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.az
Facebook-da paylaş











