Trampa qarşı sui-qəsdin qarşısı son anda alındı
![]()
ABŞ-ın “Rusiya agenti” elan edilmiş yeni prezidentinin andiçmə mərasimi keçiriləcək yerin yanında silah-sursat tapıldı.
Rubrika.az Moderator.az- istinadən bildirir ki, dünən axşam Vaşinqtonda yanvarın 20-də D.Trampın andiçmə mərasimi keçiriləcək məkandan çox da uzaq olmayan ərazidə cəbbəxana aşkar edilib.
Skripka futlyarı içərisində yerləşdirilmiş bir neçə ədəd odlu silah və onlara aid sursatlar polis tərəfindən Vaşinqtonun şimal-qərbində, Çesapik-Oqayo su kanalının kənarında, Fletçer qayıq buxtasının yaxınlığında tapılıb. “Görünür, kiminsə prezidentin andiçmə mərasimi ilə bağlı ağlasığmaz planları var...” - xəbərdə bildirilir.
Rubrika.az
Facebook-da paylaş













