Gəncədə tibb işçiləri aksiya keçirir - Foto

Gəncə Dəmir Yol Xəstəxanasının işçiləri etiraz aksiyası keçirirlər
Bu barədə Gəncə sakinləri məlumat veriblər.
Məlumata görə, bu gün saat 16:00-da adıçəkilən xəstəxananın işçiləri Gəncədəki Dəmir Yolu Vağzalının qarşısına toplaşaraq etiraz edirlər.
Aksiyaya səbəb xəstəxananın bağlanması ilə bağlıdır. Belə ki, xəstəxananın baş həkimi Vidadi Seyidov şöbə müdirlərinin toplantısında "01 yanvar 2017 -ci il tarixdən işdən azadsınız. Gedin özünüzə iş axtarın " deyib.(gozetci.az)
İşsiz qalmaq təhlükəsi ilə üzləşən təxminən 450-500 tibb işçisi narazıdır və onları etiraz əlaməti olaraq aksiya keçirirlər.
Rubrika.az
Facebook-da paylaş













