"Bakının 30 dərəcə istisi bizə problem ola bilər"

“Bu vaxtlar Azərbaycanda 30 dərəcəyə yaxın isti var. Bu, bizim üçün ciddi problem ola bilər. Ona görə də Azərbaycandakı iqlimə daha tez uyğunlaşmaq üçün Türkiyədə təlim-məşq toplanışı keçirik. Bazar ertəsindən burada daha çox isti olub. Türkiyədə Bakıda keçirəcəyimiz oyunun vaxtına uyğun saatlarda məşq etmişik. İqlimə uyğunlaşmaqla bağlı yaxşı hazırlıq keçmişik".
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri Şimali İrlandiya millisinin baş məşqçisi Maykl O`Nil DÇ-2018-in seçmə mərhələsində yığmamızla oyun öcəsi deyib: "Ümid edirəm ki, hava şəraiti oyunda böyük rol oynamayacaq. Fikrimcə, Bakıdakı qarşılaşmada fiziki mübarizə ön planda olacaq. Təbii ki, başqa amillər də təsir göstərə bilər”.
M.O`Nilin sözlərinə görə, zədə səbəbindən Yeni Zenlandiya ilə yoldaşlıq görüşünü buraxan Qaret Makauli özünü yaxşı hiss edir. O, 37 yaşlı oyunçunun sözügedən millimizlə matçda meydanda ola biləcəyini vurğulayıb.
Qeyd edək ki, Azərbaycan - Şimali İrlandiya görüşü iyunun 10-u saat 20:00-da başlayacaq.
Rubrika.Az
Facebook-da paylaş





