Nazim İbrahimovun komitəsi nazirliyə birləşir? - DEPUTATDAN AÇIQLAMA

“Ayrıca və ya birləşmiş olması fərq etmir, əsas bu sahədə faydalı və fədakar iş görmək niyyətidir. Bu olduğu halda artıq məsələlər özlüyündən qaydasına düşəcək”
Bunu millət vəkili Fazil Mustafa Diasporla İş üzrə Dövlət Komitəsinin Xarici İşər Nazirliyinə birləşdiriləcəyi barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, komitənin fəaliyyətində bəzi nöqsanlar var: “Komitənin gördüyü xeyli müsbət işlər olsada, bu sahədə hələki, köklü dönüş yaratmaq mümkün olmayıb.
Bizim diaspora potensialımız çox böyükdür, burada əslində bir dərvişliyə ehtiyac var, diyar-diyar gəzərək bu resursları üzə çıxarmaq və faydalı işə cəlb etmək lazımdır.(politika.az)
Guya Xarici işlər Nazirliyinin tərkibində nələrsə dəyişəcəyinə ümid edənlər, elə bu qurumun fəaliyyətini dərin dənizləsələr daha aydın cavab taparlar.
Ayrıca və ya birləşmiş olması fərq etmir, əsas bu sahədə faydalı və fədakar iş görmək niyyətidir, bu olduğu halda artıq məsələlər özlüyündən qaydasına düşəcəkdir”.
Diasporla İş üzrə Dövlət Komitəsinin səlahiyyətlərinin məhdudlaşdırılması nəzərdə tutulur. Komitənin bəzi funksiyalarının alınması, bəzilərinin ləğvi, ştat yerlərinin azaldılması, mərhələli şəkildə qurumun demontaj olunması hədəflənib.
Bununla da məqsəd komitənin Xarici İşlər Nazirliyinə birləşdirilməsini təmin etməkdir. Qarşıdakı dövrdə isə struktur islahatları ilə istəyə nail olunacaq.
RUBRİKA.AZ
Facebook-da paylaş












