Əsəd öldü – Şok iddia
![]()
Suriya Prezidenti Bəşər Əsədin iflic olması barədə yayılan xəbərlər getdikcə öz təsdiqini tapır. Artıq bir neçə nüfuzlu agentlik Əsədin səhhətinin pisləşidiyini bildirir
Suriya lideri 4 gün əvvəl Dəməşqdəki Meşfe əl Şam xəstəxanasına yerləşdirilib.
Suriya rejiminə yaxın “Əl Həyat” qəzeti Əsədin yüksək təzyiqinin olduğunu, bu səbəbdən görmə qabiliyyətini demək olar ki, itirdiyini yazıb.
"Əl-Cəzirə" telekanalının jurnalisti Faysal Qasım isə bir qədər də qabağa gedərək, Bəşər Əsədin komaya düşdüyünü və ya öldüyünü iddia edib. Star-ın məlumatına görə, jurnalist bu barədə Tvitter hesabında yazıb.(axar.az)
Rejimin Xarici İşlər Nazirliyi Əsədin səhhəti ilə bağlı yayılan xəbərləri təkzib edir.
Ancaq Yeni Şəfəq-ə danışan bəzi qaynaqlar prezidentin hazırda xəstəxanada, ciddi həkim nəzarətində olduğunu deyib. Əsədin ölməsi barədə isə heç bir dəqiq məlumat yoxdur.
Rubrika.az
Facebook-da paylaş












