Qubada ata 13 yaşlı qızını qətlə yetirdi

Quba rayonunda qətl hadisəsi baş verib.
Rubrika.az APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Alpan kəndində qeydə alınıb.
Kənd sakinlərinin sayta verdiyi məlumata görə, kənd sakini Əşrəf Süleymanov qızı - 13 yaşlı Səfurəni bıçaqlayaraq qətlə yetirib.
Atanın ruhi xəstə olduğu bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
rubrika.az
Facebook-da paylaş











