Ağdaşda yanğın: 89 yaşlı kişi evində diri-diri yandı

Ağdaş rayonunda dəhşətli yanğın hadisəsi baş verib.
Hadisə Qarağan Sədi kəndində qeydə alınıb. Kənd sakini, 1928-ci il təvəllüdlü Mustafayev Səftər Mustafa oğluna məxsus ümumi sahəsi 86 kvadratmetr olan iki otaqlı ev tamamilə yanaraq yararsız hala düşüb. Hadisə yerinə FHN-in Ağdaş Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürmə avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğının yayılmasının və yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Məlumata görə, 89 yaşlı kişi evdə tək yaşayırmış və yanğın zamanı o yatmış olub. Hadisə barədə yanğından mühafizə hissəsinə isə qonşular məlumat verib. Yanğın söndürüldükdən sonra otaqlardan birində ev sahibinin yanmış meyiti aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.(APA)
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Rubrika.az
Facebook-da paylaş













