İstanbulda daha bir ƏMƏLİYYAT - 11 terrorçu tutuldu
![]()
İstanbulda İŞİD terror təşkilatına qarşı daha bir əməliyyat keçirilib. Rubrika.az-ın Trend-ə istinadən məlumatına görə, əməliyyat çərçivəsində 11 nəfər saxlanılıb.
Saxlanılanların hamısının Türkiyə vətəndaşları olduğu bildirilir.
Qeyd edilir ki, əməliyyat qabaqcadan müəyyən olunmuş 15 ünvan üzrə keçirilib.
Xatırladaq ki, sonuncu dəfə noyabrın 5-də İŞİD-ə qarşı keçirilən genişmiqyaslı əməliyyat çərçivəsində 24 nəfər saxlanılmışdı ki, həmin şəxslərin Suriya, İraq, Livan və Liviyada terrorçular üçün maliyyə vəsaiti toplamaqla məşğul olduqları bildirilmişdi.
Rubrika.az
Facebook-da paylaş













