Təhsilin yenilməz Rüstəm BƏLASI VAR - Mikayıl Cabbarov isə etirazları qulaqardına vurur...

Sabirabad rayonunun Nizami kənd orta məktəbində etirazlar səngimir
Sabirabad rayonu Respublikada şagird durumu aşağı olan rayonlardan biridir. Rayonda bir sıra dövlət müəssisələrindən olunan şikayətlər və ölkə mətbuatında yer verilən problemlərin bu gün həll olunmasını qeyd etmək çətindir. Sabirabadda təhsil sahəsində sanki bir xəstəlik yayılıb və vətəndaşların kəskin etirazlarına baxmayaraq Təhsil Nazirliyi yaranmış vəziyyətə müdaxilə etmir və ya etmək gücündə deyil. Rayonun bir sıra kəndlərində uşaqların soyuq məktəbdə təhsil almaq imkanının olmaması, dərslərin təşkilində yaranmış qanunsuzluq, orta təhsili bürüyən rüşvətxorluq, nəticədə narazı kütlənin haqlı olduğuna əsas verir.
Biz rayonda kənd orta məktəblərində baş verənləri diqqətinizə çatdıracağıq. İlk araşdırmamız Sabirabad rayon Nizami kənd orta məktəbində baş verən faktları, gerçəklikləri aşkara çıxarıb. Faktlara diqqət edək:
Sabirabad rayon Nizami kənd orta məktəbində 500 nəfərə yaxın şagird qeydiyyatdadır. Məktəbin 50 müəllim və 20 nəfərə yaxın texniki işçisi var. Məktəb torpaqlarımızın erməni işğalçılarından azad edilməsi zamanı gedən döyüşlərdə şəhid olmuş Mirhüseyn Məmmədovun adını daşıyır. Məktəbə 2013-cü il oktyabr ayından rəhbərlik edən Hüseynov Zahid millət vəkili Rüstəm Xəlilov qardaşının kürəkənidir. Bəlkə buna görədir ki, Nizami kənd orta məktəbində baş verən özbaşınalıqlar, rüşvətxorluq aidiyyatı orqanların görməməzliyinə səbəb olur.(realliq.info)Belə ki, qış mövsümü qədəm qoyandan sonra məktəbin dərs otaqlarının divarları "donub". Məktəbdə istilik sisteminin olmaması valideynləri çarəsizlikdən qərar qəbul etməyə vadar edib. Soyuq qış günlərində övladlarının xəstəliklərlə zəngin otaqlarda dərs keçirilməsinin mümkün olmadığını anlamaq çətin deyil. Nəzərə alsaq ki, məktəbin qış mövsümü üçün dövlət tərəfindən ayrılan yanacaq da direktorun şəxsi maraqlarına yönəlir. Məktəbin kollektivi ayrılan yanacaqdan xəbərsiz olduqları kimi direktora da baş verənləri sormaq iqtidarında deyillər. Səbəb sadədir. Tədris ili başlayanda direktorun özəl qaydaları ilə dərs saatlarını zorla əldə edən müəllimləri anlamaq çətin deyil. Müəllim dərs saatına sahib olmaq üçün rayonun gözə görünməz millət vəkilinin "dəyərli" qohumunun tələb etdiyi rüşvəti ödəməlidir. Əks təqdirdə ixtisaslı müəllimlər məktəbin direktorunun qəzəbinə tuş gələ bilərlər.
Məktəbdə dərslərin keçirilməməsi və müəllimlərə qanunsuz yolla dərs saatlarının verilməsi kimi faktlarla yanaşı daha ciddi məqamları da ortaya çıxır. Belə ki, məktəbdə bir neçə qeyri-ixtisaslı müəllim adına rast gəlmək olar. Məsələn, məktəb direktoru Hüseynov Zahidin təşkilati məsələlər üzrə müavini Bağırova Samirə İsmayıl qızı İncəsənət İnstitutunu saxta diplomla bitirib. Məktəbdə cəbr, həndəsə və tarix dərslərini "calaq" edib tədris etməyə çalışan Cəbrayılov Pənah direktorun yaxını sayılır. Maraqlıdır ki, cəbr dərsini tədris edən müəllim tarix dərsini də şagirdlərə aşılamağa çalışır. Bunun mümkün olmadığını aşılamaq çətin deyil. Lakin direktorun rüşvətxorluğu möcüzələr yaratmaqda davam edir.
Məktəbin 67 yaşlı ağsaqqal müəllimi də var və dörd ildir ki, təqaüddədir. Baxmayaraq məktəbdə 5 dil-ədəbiyyat müəllimi var amma Zahid müəllim təhsil ocağını "ağsaqqalsız" qoymayıb. Hətta məktəbin ağsaqqalına o qədər "hörmət" var ki, onun dərs saatları Əkbərov Əkbərin adına yazılıb.
Sabirabad rayon Nizami kənd sakinləri təhsil müəssisəsində baş verən qanunsuzluqla bağlı dəfələrlə etiraz etsələr də nəticə dəyişməyib. Kənd sakinlərinin kəskin etirazları rayon Təhsil şöbəsində sükutla qarşılanır. Sabirabadın "kor xəlifəsi" Rüstəm Xəlilovun hökmü birmənalıdır. Millət vəkilinin qohumları toxunulmazdır və onlar qanunları istədikləri kimi poza bilərlər.
Məhz buna görə məktəbin təmiri üçün ayrılmış vəsaitlər də mənimsənilib. Təmirsiz təhsil ocağının təmiri üçün ayrılan vəsaitlərin kimin və ya kimlərin cibində cəmləşdiyini bilmək çətin deyil. Müəllimlər aylıq rüşvət verdikləri üçün direktor onları dərslərdən azad edir. Lakin baş verənlərin cəzasını çəkən şagird və valideynlər isə Təhsil Nazirliyinin nə vaxt yuxudan oyanacağını gözləyirlər. Direktorun Təhsil Nazirliyi tərəfindən təşkil olunan imtahanlarda qeyri-məqbul qiymət alması onu müqəddəs kreslosundan məhrum etməyib. Bu barədə növbəti yazımızda.
Rubrika.az
Facebook-da paylaş













