Sumqayıtda qadın piyadanı avtomobil vurub

Sumqayıt şəhərindəa 45 yaşlı qadın piyadanı avtomobil vurub.
Rubrika.Az "Report"un Sumqayıt-Abşeron bürosu-na istinaden məlumatına görə, hadisə şəhərin 17-ci mikrorayonunda baş verib.
Belə ki, Sumqayıt şəhər sakini 1973-cü il təvəllüdlü Rüxsarə Polad qızı Vəliyeva şəhərin 17-ci mikrorayonu ərazisində yolu keçərkən qarşı tərəfdən gələn avtomobil tərəfindən vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır
Rubrika.Az
Facebook-da paylaş












