Mərkəzi Bank yeni məzənnəni açıqladı
![]()
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
Mərkəzi Bankdan verilən məlumata görə, bu gün ABŞ dollarının məzənnəsi fevralın 11-i ilə müqayisədə dəyişməyərək 1,7301 manat təşkil edib.
Avro da manata nisbətən azalaraq 1,8378 manat olub.
Rusiya rublu fevralın 11-i ilə müqayisədə artaraq, 0296 manat səviyyəsində qərarlaşıb.
1 türk lirəsi 0,4678 manat, Gürcüstan larisi 0,651 manatdır.
Rubrika.az
Facebook-da paylaş














