ABŞ-da yəhudi mərkəzləri təxliyə edildi - TERROR TƏHLÜKƏSİ

ABŞ-da yerləşən yəhudi mərkəzləri və onlara aid məktəblər terror təhlükəsi səbəbindən fəaliyyətini dayandırıb.
Sözü gedən təsisatlar bazar ertəsindən etibarən partladılacaqları ilə bağlı xəbərdarlıq alıb. Buna görə də, həmin qurumlarda çalışan personal və şagirdlər təxliyə edilib.
Bir müddət öncə müxtəlif ştatlarda yerləşən 10-a yaxın yəhudi mərkəzinə partlayıcı qoyulması ilə bağlı 70-ə yaxın anonim məlumat daxil olub. Lakin bu xəbərlərin heç biri öz təsdiqini tapmayıb.(APA)
Ötən həftənin sonunda isə naməlum şəxslər Filadelfiya ştatında yəhudi məzarlığında vandalizm aktı törədib. Polis hazırda bunu edənləri axtarır.
Qeyd edək ki, yəhudilərə qarşı törədilən provokasiyaya Ağ Evdən verilən reaksiyada prezident Donald Trampın antisemitizm və nifrətin istənilən təzahür formasını kəskin pislədiyi qeyd olunub.
Rubrika.az
Facebook-da paylaş















