Bakıda 3 ailənin yaşadığı evdə yanğın olub
![]()
Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 80 m² olan, bir dam altında tikilən 3 ailənin yaşadığı evlərdən birinin yanar konstruksiyaları 4 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Rubrika.Az-a verilən məlumata görə, evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Rubrika.Az
Facebook-da paylaş












