Mikayıl Cabbarov direktor postlarını neçəyə satır? – ŞOK iddialar

İmtahandan və müsabiqədən keçən namizədə niyə vəzifə verilməyib?
Masallı rayon Xallıcalı kənd sakini, Masallı şəhər 3 saylı tam orta məktəbin müəllimi, peşəkar təhsil işçisi Füzuli Nuriyev təhsil naziri Mikayıl Cabbarova müraciət ünvanlayıb.
Məsələ ilə bağlı danışan F.Nuriyev bildirib ki, o, orta ümumi təhsil məktəb direktorlarının işə qəbulu müsabiqəsinin iştirakçısı olub və imtahandan müvəffəqiyyətlə keçib: “16 aprel 2016-cı ildə həmin müsabiqənin test imtahanı mərhələsində iştirak edərək 55 bal (91,66 faiz) toplayıb öikə üzrə ən yüksək nəticələrdən birinə nail olmuşam. Həmin nəticəmə əsasən birinci seçdiyim vakant yer olan Masallı şəhər R.Əlihəsənov adına 1 saylı tam orta məktəbə işə girmək hüququ qazanmışam.
11 avqust 2016-cı ildə müsahibə mərhələsində iştirak edərək təqdimat etmişəm və verilən sualları tam dolğun şəkildə cavablandırmışam. Hətta mənə müsahibədən kənar suallar da verilib və onları da yüksək səviyyədə cavablandırmışam. Çox razılıqla yola salınmışam. Başqalarına baxmayaraq, orada mənə “keçmədin” deyə bildirilməyib.(afn.az)Müsahibədən sonra məktəb direktorluğuna təyinat gözlədiyim halda, 30 avqust 2016-cı ildə Masallı rayon təhsil şöbəsindən şifahi olaraq öyrəndim ki, mənim adım direktor təyin olunanların ümumi siyahısında yoxdur. Masallı rayonu üzrə vakant olan 13 yerdən 7 yerə direktor təyin olunub ki, bunların da 6 nəfəri elə əvvəldən direktor əvəzi işləyirdilər.Əgər bu müsabiqə direktor əvəzlərini direktor kimi rəsmiləşdirmək xarakteri daşıyacaqdısa, onda bizləri niyə müsabiqəyə qatırdılar? Buna görə də haqqımın bərpa olunacağı tələbi ilə apelyasiya şikayəti ilə sizə müraciət edirəm”.
F.Nuriyev deyir ki, bütün təcrübəsinə, şəxsi keyfiyyətlərinə baxmayaraq, ona məlum olmayan səbəbdən Masallı şəhər R.Əlihəsənov adına 1 saylı tam orta məktəbə direktor təyin edilməyib: “Hazırda rayonumuzun ən böyük şagird kontingentinə malik olan həmin məktəbi direktorsuz qalıb və bu da həmin məktəbin normal işinə mənfi təsir edərək qeyri-müəyyənlik yaradır.
Onu da qeyd edim ki, mənim peşəkarlıq, işgüzarlıq səviyyəmi və digər şəxsi keyfiyyətlərimi əks etdirən xasiyyətnamə Masallı RTŞ tərəfindən mənim razılığım olmadan tərtib edilərək, məni həmin xasiyyətnamə ilə tanış olmama şərait yaratmadan müsahibə komissiyasına göndərilib. Bu hal Əmək Məcəlləsinin 88.2.maddəsinin kobud şəkildə pozulması deməkdir, bu halda həmin xasiyyətnamə heç bir hüquqi təsiredici qüvvəyə malik deyil və yekun qərar qəbul edilərkən hüquqi əsas kimi qəbul edilə bilməz
Rubrika.Az
Facebook-da paylaş












