Mədət Quliyev: “900-dək Azərbaycan vətəndaşı Suriya və İraqda terrorçulara qoşulub”

Azərbaycan tərəddüd etmədən antiterror koalisiyasına qoşularaq beynəlxalq terrorizmlə mübarizəyə öz töhfəsini verir. Əməkdaşımız xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda bu gün keçirilən konfransda çıxışı zamanı deyib.
DTX rəisi bildirib ki, dünyada təhlükəsizliyi ciddi təhdid edən terrorçuluq, ekstremizm və radikalizmlə mübarizə Azərbaycan üçün çox mühüm bir məsələdir. Onun sözlərinə görə, son dövrlərdə Azərbaycana yaxın olan Mərkəzi Asiya və Yaxın Şərqin bir sıra ölkələrində cərəyan edən proseslər beynəlxalq əmin-amanlığı qorxulu təhlükələrlə, o cümlədən terrorizm, ektremizm və digər qorxulu təhdidlərlə üzləşdirib. “Bu gün İŞİD və digər terrorçu təşkilatlar ölkələrin ərazilərini işğal edərək beynəlxalq təhlükəsizliyə təhdid yaradır"-Mədət Quliyev vurğulayıb.
* * *
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi çıxışında onu da deyib ki, XX əsrin sonlarında Qarabağda gedən müharibə zamanı ermənilər tərəfindən 370-dən çox terror hücumu törədilib. “1988-1994-cü illərdə erməni işğalçıları azərbaycanlı əhaliyə qarşı 370-dən çox terror hücumu törədiblər, bu hücumların nəticəsində 2 mindən çox dinc azərbaycanlı həlak olub”-general Mədət Quliyev bildirib.
Əməkdaşımız xəbər verir ki, DTX rəisi konfransdakı çıxışı zamanı 20-ci əsrin əvvəllərində də azərbaycanlıların erməni terrorizminin müxtəlif formaları ilə üzləşdiyini yada salıb. O, bildirib ki, 20-ci əsrin əvvəllərində erməni terrorçuları Gürcüstanda Azərbaycanın görkəmli dövlət xadimlərini öldürüblər. 80-ci illərin sonlarında erməni terrorizmi yenidən baş qaldırıb.
Mədət Quliyev deyib ki, terrorçuluqla müşaiyət olunan zorakı erməni separatizmi nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal olunub. “Ermənistanın işğalı nəticəsində Azərbaycan hazırda dövlət sərhədinin 132 kilometrlik hissəsinə nəzarət etmək imkanında deyil”-general xatırladıb.
* * *
“Azərbaycanın 900-dək vətəndaşı radikal təşkilatların təsiri altında Suriya və İraqda terrorçulara qoşulub”.
Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusuna keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, onlardan çoxu döyüşlər zamanı öldürülüb.
M.Quliyev qeyd edib ki, onlardan 84 nəfər şəxs cinayət məsuliyyətinə cəlb olunub, son bir ildə 54 nəfər Azərbaycan vətəndaşlığından məhrum edilib.
* * *11:28
“Azərbaycan tərəddüd etmədən anti-terror koalisiyasına qoşulub. Beynəlxalq terrorçuluqla mübarizəyə öz töhfəsini verməkdədir”.
Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusuna keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, bu gün dünyanın təhlükəsizliyini ciddi təhdid edən terrorçuluq, ekstremizm və radikalizm ölkəmiz üçün də mühüm məsələdir.
Mədət Quliyev qeyd edib ki, ermənilərin Azərbaycanda törətdikləri 373 terror aktı nəticəsində 2000-dən artıq dinc azərbaycanlı həlak olub.
Rubrika.az
Facebook-da paylaş










