Azәrbaycan millisinin oyunçusu Almaniya çempionatında het-trik etdi

Azərbaycan futbolçusu Renat Dadaşov Almaniyada üç qol vuraraq het-trik edib.
17 yaşlı Renat Dadaşovun oynadığı “Ayntraxt” klubu XXI tur çərçivəsində “Stuttqarter”in 19 yaşlılardan ibarət komandası ilə üz-üzə gəlib.
Qarşılaşma Dadaşovun komandasının 5:1 hesablı qələbəsi ilə başa çatıb. Həmyerlimiz oyunda vurduğu 3 qolla (17-ci (penalti), 45-ci və 49-cu dəqiqələrdə) yadda qalıb.
Qeyd edək ki, Dadaşovun komandası geridə qalan 21 turda 27 xal toplayıb və turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.
Onu da xatırladaq ki, Renat Dadaşov Azərbaycanın yığmasını dəstəkləmək arzusunu yanvarda bildirib. O daha əvvəl, həmçinin yeniyetmələrin Bakıda keçirilən Avropa-2016 çempionatında Almaniya yığmasının tərkibində oynayıb.
Rubrika.az
Facebook-da paylaş













