Sabirabadda partlayış baş verdi, ev büsbütün yandı

Sabirabad rayonunda evdə yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin mətbuart xidmətinin verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən partlayış qeydə alınıb. Nəticədə, evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Rubrika.az
Facebook-da paylaş













