Lənkəranda müəlliməni qətlə yetirib qaçan ər yaxalandı
Lənkəranda məktəb müəlliməsini qətlə yetirən ər saxlanılıb.
Lənkəran polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gecə 49 yaşlı Əliyev Rüfət Akif oğlu şəhər ərazisində tutulub.
İlkin dindirmə zamanı o, törətdiyi cinayəti etiraf edib.(APA)
* * *23:34(28.03.2017)
Xəbər veridiyimiz kimi, Lənkəranda qətl hadisəsi törədilib. Hadisə rayonun Səpnəkəran kəndində qeydə alınıb.
Kənd sakini, orta məktəbdə müəllimə işləyən, 1968-ci il təvəllüdlü Əliyev Rüfət Akif oğlu həyat yoldaşı Əliyeva Maygül Daməd qızını bellə vurub öldürdükdən sonra hadisə yerindən qaçıb.
Hazırda onun tapılaraq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Faktla bağlı rayon prokrorluğunda cinayət işi başlanıb, araşdırma gedir.
Rubrika.az
Facebook-da paylaş













